...

"Amazon" 30 minə yaxın işçini ixtisar etməyə hazırlaşır

Dünya xəbərləri Materials 28 Oktyabr 2025 15:00 (UTC +04:00)
"Amazon" 30 minə yaxın işçini ixtisar etməyə hazırlaşır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikanın “Amazon” şirkəti 30 minədək əməkdaşını ixtisar etməyə hazırlaşır.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, bu, 2022-ci ildən bəri korporasiyada baş verən ən böyük ixtisar dalğası olacaq. Sonuncu dəfə 3 il əvvəl "Amazon" 27 min nəfəri işdən azad etmişdi.

Kütləvi ixtisarların bu həftədən başlanacağı gözlənilir.

İxtisarlardan əsasən korporasiyanın bir neçə şöbəsi təsirlənəcək. Söhbət ilk növbədə kadrlar şöbəsi, əməliyyat şöbəsi, cihaz və xidmətlərin hazırlanması bölməsi, eləcə də “Amazon Web Services” bölməsindən gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti