Bakı. Trend:
Çinin altıncı nəsil qırıcısı sayılan və hələ rəsmi təqdimatı olmamış "Chengdu" J-36 reaktiv hərbi təyyarəsi modernləşdirilib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Keçirdiyi uçuş sınaqları zamanı yenidən müşahidəçilərin obyektivinə tuş gələn “J-36” bu dəfə əvvəlki prototiplərdən bir sıra fərqlərlə seçilib. Mühəndislər şassinin arxa dayaqlarındakı təkərlərin yerləşməsini və hava girişlərinin formasını dəyişiblər
"Chengdu Aircraft Industry Group" şirkəti tərəfindən hazırlanmaqda olan bu təyyarə “uçan qanad” aerodinamik sxeminə əsasən qurulub.
Prototipin füzelyajında əvvəl “3601” nömrəsi müşahidə olunduğundan, internet istifadəçiləri təyyarənin J-36 indeksini alacağını güman edirlər.
