...

Əli Əsədov Belarusun Baş nazirinin müavini ilə görüşüb

Siyasət Materials 28 Oktyabr 2025 14:15 (UTC +04:00)
Əli Əsədov Belarusun Baş nazirinin müavini ilə görüşüb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikası Baş nazirinin müavini, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın həmsədri Natalya Petkeviçlə görüşüb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub, iki ölkənin prezidentlərinin fəal dialoqunun və birgə səylərinin bu inkişafı təmin edən əsas faktor olduğu bildirilib.

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Bakıda keçirilmiş 15-ci iclasının əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycan ilə Belarus arasında müxtəlif istiqamətlərdə, o cümlədən ticarət-iqtisadi, sənaye kooperasiyası, aqrar, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti