Bakı.Trend:
Salyan şəhər mərkəzinin qaz təchizatında fasilə yaranacaq
Trend xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, “Salyan Daxili” QTM-dən təbii qazla təmin edilən diametri 159 mm-lik “Şəhər” daşıyıcı qaz kəməri üzərində diametri 150-mm-lik yeni siyirtmələrin quraşdırılması məqsədilə əlaqədar 29.10.2025-ci il saat 10:00-dan etibarən işlər başa çatanadək Salyan şəhər mərkəzində (ümumi 4758 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
