...

Volkan Demirel Super Liqaya qayıdır

İdman Materials 28 Oktyabr 2025 14:17 (UTC +04:00)
Volkan Demirel Super Liqaya qayıdır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin futbol üzrə Milli Komandasının keçmiş qapıçısı, hazırda məşqçi kimi fəaliyyətini davam etdirən Volkan Demirel Türkiyə Super Liqasına geri dönür.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Onun ötən həftəsonu “Konyaspor”a 2-1 hesabı ilə məğlub olmuş “Gənclərbirliyi” klubuna baş məşqçi gətirilməkdə olduğu bildirilir. Türkiyə mediasının bəzi idman mənbələri artıq razılaşmanın əldə olunduğunu və yaxın zamanda Ankarada rəsmi imzalama mərasiminin baş tutacağını qeyd edir.

Xatırladaq ki, Volkan Demirel sonuncu dəfə Türkiyə Super Liqasında ötən il "Bodrum" FK-nın baş məşqçisi kimi çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti