...

Fransanın hərbi arsenalına yeni qitələrarası ballistik raket əlavə olunub

Dünya xəbərləri Materials 28 Oktyabr 2025 16:26 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Silahlı Qüvvələr naziri Katrin Votren nüvə başlığı daşımaq qabiliyyətinə malik yeni M51.3 qitələrarası ballistik raketinin silahlanmaya qəbul edilməsi barədə göstəriş imzalayıb.

Trend xəbər bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, yeni uzaq mənzilli ballistik raketlər Fransa hərbi dəniz donanmasına aid “Triomphant” sinfindən olan atom sualtı qayıqlarına yerləşdiriləcək.

Bu haqda müvafiq sənədin oktyabrın 24-də imzalandığı bildirilir.

Fransanın müdaafiə nazirliyinin məlumatına əsasən, M5 1.3 ballistik raketi uzaqlıq, dəqiqlik və raketəleyhinə müdafiə sistemlərini dəf etmə imkanlarının təkmilləşdirilməsi ilə fərqlənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti