Bakı. Trend:
Yaponiyanın sabiq Baş naziri Şinzo Abeyə qarşı törədilən sui-qəsd hadisəsi ilə bağlı məhkəmə prosesində təqsirləndirilən şəxs ilk iclasda özünü günahkar bilib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, ittiham olunan şəxs cinayəti inkar etməyib və günahını etiraf edib.
Qeyd edək ki, Abe 2022-ci ilin iyulunda Nara şəhərində açıq hava tədbiri zamanı silahlı sui-qəsdə məruz qalmış və hadisə yerində vəfat etmişdi.