...

Yanğınsöndürmədə erkən xəbərdarlıq sistemləri ölkə üzrə tam tətbiq olunubmu?

Cəmiyyət Materials 28 Oktyabr 2025 13:07 (UTC +04:00)
Yanğınsöndürmədə erkən xəbərdarlıq sistemləri ölkə üzrə tam tətbiq olunubmu?
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Aparılan yoxlamaların nəticələrinə istinad etsək, aşkar olunan nöqsanların sayının çoxluğunu nəzərə alsaq, yanğın söndürmədə erkən xəbərdarlıq sistemlərinin tam həcmdə ölkəni əhatə etmədiyini görə bilərik.

Bu fikirləri Trend-ə müsahibəsində Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev deyib.

O vurğulayıb ki, mərhələli şəkildə dövlət nəzarəti çərçivəsində yanğın söndürmə sistemlərinin quraşdırılması prosesləri getməkdədir.

FHN rəsmisi əlavə edib ki, apardığımız araşdırmalarda binaların ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmaması, elektrik təsərrüfatının elektrik qurğularının tələblərinə uyğun quraşdırılmaması, o cümlədən vətəndaşlar tərəfindən müxtəlif üsullarla qaz xətlərinin yerlərinin dəyişdirilməsi kimi hallar qarşımıza çıxır:

"Həmçinin vətəndaşlarımız binaların həyətyanı sahələrində yerləşən yanğın su hovuzlarının vəziyyətinə müdaxilə edirlər. Bununla yanğınsöndürmə əməliyyat şəraiti çətinləşdirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti