...

"Fənərbağça" "Qaziantep"i məğlub edib - Türkiyə Superliqası

İdman Materials 27 Oktyabr 2025 23:27 (UTC +04:00)

Bakı. Trend:

Futbol üzrə Türkiyə Superliqasında X tura yekun vurulub.

Trend xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.

"Fənərbağça" səfərdə "Qaziantep"in qonağı olub. İstanbul təmsilçisi rəqibinə 4:0 hesabı ilə qalib gəlib. Qolları Yussuf En-Nesiri (2) və Anderson Taliska vurublar.

Bu qələbə ilə xallarını 22-yə çatdıran "Fənərbağça" 3-cü pillədəki mövqeyini qoruyub. "Qaziantep" isə 17 xalla altıncıdır.

Günün digər matçında isə "Samsunspor" "Rizəspor"la heç-heçə edib.

Qeyd edək ki, turnir cədvəlinə 28 xalla "Qalatasaray" başçılıq edir.

Xəbər lenti

Xəbər lenti