...

Bərdədə bıçaqlanma hadisəsi baş verib

Hadisə Materials 28 Oktyabr 2025 09:42 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Oktyabrın 25-i Bərdə rayonunun Kətəlparaq kəndində bıçaqlanma hadisəsi baş verib.

Trend xəbər verir ki, Tərtər rayonu Evoğlu kənd sakini Pənah Əhmədov şəxsi münasibətlər zəminində Bərdə rayonu Kətəlparaq kənd sakini 1979-cu il təvəllüdlü Taleh Hüseynova bir ədəd bıçaq zərbəsi vurub.

Hadisə nəticəəsində Taleh Hüseynov «Qarının ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası» diaqnozu ilə "Bərdə rayon Mərkəzi Xəstəxanası" PHŞ-nə daxil olub.

Faktla bağlı 27.10.2025-ci il tarixdə Bərdə RPŞ-də CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti