Bakı. Trend:
Yaponiyanın Baş naziri Sanae Takaiçi və ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında “ittifaqın yeni qızıl dövrü”nü əks etdirən sazişlər və strateji əhəmiyyətli minerallar sahəsində əməkdaşlığa dair memorandum imzalayıblar.
Trend xəbər verir ki, imzalanma mərasiminin yayımını Ağ Evin mətbuat xidməti təmin edib.
Donald Tramp bildirib ki, Vaşinqton Yaponiyadan “çox böyük miqdarda” hərbi texnika sifarişi alıb. Onun sözlərinə görə, əldə olunmuş ticarət razılaşması “tam ədalətli” xarakter daşıyır.