Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilir. İclasa Azərbaycan tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədri Samir Şərifov, Belarus tərəfindən isə Baş nazirinin müavini, Komissiyanın həmsədri Natalya Petkeviç rəhbərlik edir.
Trend-in məlumatına görə, iclasda Komissiyanın fəaliyyətinin ötən dövr üzrə nəticələri nəzərdən keçirilib.
Həmçinin 2024-2025-ci illəri əhatə edən əməkdaşlıq üzrə Yol Xəritəsinin icrası ilə bağlı müzakirələr aparılıb.
Bundan əlavə, sənaye, kənd təsərrüfatı, maşınqayırma, şəhər təsərrüfatı, farmasevtika, peşə təhsili, nəqliyyat-logistika, ticarət və investisiya sahələrində konkret nəticələr və irəliləyişlər qeyd edilib.
