...

Yol polisi skuter istifadəçilərinə müraciət etdi

İqtisadiyyat Materials 28 Oktyabr 2025 10:34 (UTC +04:00)
Yol polisi skuter istifadəçilərinə müraciət etdi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Baş Dövlət Yol Polisi İdarəsindən skuter istifadəçilərinin nəzərinə: Məsuliyyətsizlik faciəyə səbəb ola bilər!

Bakı. Trend:

Xüsusilə paytaxtımızda müasir şəhərlər üçün xarakterik olan fərdi mobil vasitələrdən istifadənin sayının artması müsbət göstəricidir. Lakin, skuter və digər bu tip nəqliyyat vasitələrindən istifadə zamanı yol hərəkəti qaydalarına riayət edilməməsi təhlükəsizlik baxımından yolverilməz olmaqla yanaşı, həm də digər hərəkət iştirakçılarında haqlı narazılıq yaradır.

Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin skuter istifadəçilərinə müraciətində qeyd olunub.

"Skuter istifadəçiləri tərəfindən ən çox yol verilən qayda pozuntuları sırasında aşağıdakılar yer alır:

* bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi və qəza riskini artırır);
* piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət;
* işıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi;
* gecə saatlarında xəbərdaredici işıq və ya işarələrsiz hərəkət;
* azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin skuterlə yol hərəkətinə qoşulması.

Sadalanan qayda pozuntuları təkcə inzibati məsuliyyət deyil, həm də hər an ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin baş verməsinə də real zəmin yaradır. Unutmayaq ki, hansı növ nəqliyyat vasitələrini idarə etməyimizdən asılı olmayaraq yol hərəkəti qaydalarını bilməli və onlara əməl etməliyik.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır: Skuter və digər kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər hərəkət iştirakçısıdır və onlar da digər sürücülər kimi yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməlidirlər", - deyə məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti