...

"Neftçi"nin oyununa giriş pulsuz olacaq

İdman Materials 27 Oktyabr 2025 22:30 (UTC +04:00)
"Neftçi"nin oyununa giriş pulsuz olacaq

Bakı. Trend:

Azərbaycan Kubokunun II təsnifat mərhələsində keçiriləcək "Neftçi" – MOİK matçına giriş pulsuz olacaq.

Trend xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Ödənişsiz biletləri yalnız "Neftçi"nin mobil tətbiqindən və ya klubun rəsmi saytından onlayn şəkildə əldə etmək olar.

Bunun üçün mobil tətbiqə və ya qeyd olunan sayta daxil olaraq qeydiyyatdan keçmək və hər qeydiyyat üçün "Forza" və VIP xaric bütün sektorlara 1 ədəd biletə sahib çıxmaq mümkündür.

Stadionun kassasında isə bilet satışı olmayacaq.

Qeyd edək ki, "Palms Sports Arena"dakı "Neftçi" – MOİK matçı oktyabrın 29-da, saat 19:00-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti