Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev uzaqmənzilli silahların tətbiq olunduğu ərazilərin genişləndirilməsi istiqamətində yeni hədəflər müəyyən edib.
Trend xəbər verir ki, dövlət başçısı bu barədə "Telegram" kanalında paylaşım edib.
Zelenskinin sözlərinə görə, Ali Baş Komandanın Qərargah iclasında müəyyən dövr ərzində uzaqmənzilli zərbələrin nəticələri və onların səmərəliliyi təhlil olunub.
“Rusiyanın neft emalı sənayesi müharibə nəticəsində ciddi itkilərlə üzləşib və bu itkilər artmaqda davam edəcək. Biz uzaqmənzilli imkanlarımızın coğrafiyasını daha da genişləndirmək məqsədilə yeni hədəflər formalaşdırmışıq”, – deyə Ukrayna Prezidenti vurğulayıb.