Bakı. Trend:
Fudcita Səhiyyə Universiteti və Tokio Metropoliten Tibb Elmləri İnstitutunun alimləri beynin sürətlənmiş qocalması ilə əlaqəli ola biləcək bioloji marker müəyyənləşdiriblər.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bu markerin təşviş pozğunluqları ilə bağlı olduğu ehtimal olunur. Tədqiqatın nəticələri “Neuropsychopharmacology” jurnalında dərc olunub.
Mütəxəssislər müxtəlif ruhi-əsəb pozğunluqlara malik 17 siçan modelinin genetik məlumatlarını təhlil edərək hipokampda “hiperyetkinlik” adlı bir hadisə aşkar ediblər.
Hipokamp beynin emosiyalar və yaddaş üçün cavabdeh olan hissəsidir. Belə hallarda neyronlar həddindən artıq sürətlə inkişaf edir və qocalır ki, bu da təşviş davranışının artması və emosional tənzimləmənin pozulması ilə müşayiət olunur.
