...

Dövlət Yanğın Nəzarəti Xidməti nə zaman evlərə baxış keçirə bilər? - AÇIQLAMA

Cəmiyyət Materials 28 Oktyabr 2025 12:43 (UTC +04:00)
Dövlət Yanğın Nəzarəti Xidməti nə zaman evlərə baxış keçirə bilər? - AÇIQLAMA
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanununda, o cümlədən mülki məcəllədə mənzil toxunulmazlığı deyilən anlayış var. Mənzilin mülkiyyət hüququ vətəndaşa məxsus olduğu üçün ora daxil olmaq istənilən halda baş tutan fəaliyyət deyil.

Bu fikirləri Trend-ə müsahibəsində Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev deyib.

FHN rəsmisi vurğulayıb ki, bu haqda “Mənzil məcəlləsi”ndə də qeyd edildiyi kimi, həmin mənzildə yanğın və ya hər hansı təhlükəsizlik məsələləri ilə bağlı məlumat olarsa, o zaman səlahiyyət dairəsi hansı orqana uyğundursa, həmin obyektə baxış keçirə bilər.

"Mənzillərə və fərdi yaşayış obyeklərinə baxışlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə gələn şikayət və müraciətlərə əsasən həyata keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti