...

Azərbaycan-Belarus strateji tərəfdaşlıq münasibətləri inkişaf edir

Siyasət Materials 28 Oktyabr 2025 10:41 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilir. İclasa Azərbaycan tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədri Samir Şərifov, Belarus tərəfindən isə Baş nazirinin müavini, Komissiyanın həmsədri Natalya Petkeviç rəhbərlik edir.

Trend-in məlumatına görə, iclasda tərəflər Azərbaycan və Belarus arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd ediblər.

Bildiriblər ki, iki ölkə arasında strateji tərəfdaşlıq dövlət başçıları – Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko arasında formalaşmış qarşılıqlı etimad, səmimi siyasi dialoq və dostluq münasibətləri əsasında inkişaf edir.

Vurğulanıb ki, münasibətlərin müqayisəli üstünlüyü məhz müxtəlif sahələr üzrə qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın genişlənməsində və yeni birgə layihələrin gerçəkləşdirilməsində özünü göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti