...

Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib (FOTO)

Siyasət Materials 28 Oktyabr 2025 09:42 (UTC +04:00)
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Pakistan Senatının sədrini Milli Məclis sədrinin müavini Musa Qasımlı, parlamentin Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamaləddin Qafarov və digər rəsmi şəxslər qarşılayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti