...

Xocalının Badara kəndinə növbəti köç çatıb: açarlar təqdim olunub (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 28 Oktyabr 2025 15:05 (UTC +04:00)
Xocalının Badara kəndinə növbəti köç çatıb: açarlar təqdim olunub (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xocalı. Trend:

Oktyabrın 28-də səhər saatlarında yola salınan növbəti köç karvanı Xocalı rayonunun Badara kəndinə çatıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu mərhələdə 62 nəfərdən ibarət 17 ailə Xocalının Badara kəndinə qayıdıb. Sakinlərə mənzillərin açarlarını təqdimetmə mərasimində çıxış edən

Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, işğaldan azad edilmiş digər yaşayış məntəqələri kimi Badara kəndində də genişmiqyaslı tikinti-bərpa işləri həyata keçirilir.

Onun sözlərinə görə, kənddə infrastrukturun yenidən qurulması ilə yanaşı, əhalinin məşğulluğunun təmin olunması istiqamətində də tədbirlər görülür:

"Köçən bütün ailələrin məşğulluğu məsələsi diqqət mərkəzindədir. Bunun üçün müxtəlif istiqamətlərdə işlər planlı şəkildə həyata keçirilir".

Xatırladaq ki, bundan əvvəlki mərhələdə Badara kəndinə 14 ailə (55 nəfər) köçürülmüşdü. Beləliklə, bu kəndə qayıdan ailələrin sayı 31-ə, sakinlərin ümumi sayı isə 117-yə çatdı.

xxx

13:59

Oktyabrın 28-də Xocalı rayonunun Təzəbinə və Ballıca kəndlərinə növbəti köç prosesi həyata keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-in Qarabağ bürosuna verilən məlumata görə, bu mərhələdə hər iki kəndə ümumilikdə 123 nəfərdən ibarət 30 ailə qayıdıb. Onlardan 72 nəfər (17 ailə) Təzəbinə kəndinə, 51 nəfər (13 ailə) isə Ballıca kəndinə köçürülüb.

Sakinlərə mənzillərin açarlarını təqdim edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, Prezident İlham Əliyevin tapşırıqları və imzaladığı sərəncamlar əsasında Böyük Qayıdış proqramı ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində Təzəbinə və Ballıca kəndlərində sakinlərin rahat yaşayışı üçün bütün zəruri şərait yaradılıb.Hər iki kənddə müasir standartlara uyğun yaşayış evləri, məktəb, sosial və ictimai obyektlər, mühəndis-kommunikasiya xətləri və yeni yollar istifadəyə verilib.

Qeyd edək ki, bu köç mərhələsi daxil olmaqla Təzəbinə kəndinə ümumilikdə 113 ailədən ibarət 501 nəfər, Ballıca kəndinə isə 228 ailədən ibarət 1016 nəfər köçürülüb.Xocalı rayonunun digər kəndlərinə də mərhələli şəkildə köç prosesi davam etdiriləcək.

13:59

xxx

Xocalı rayonunun Təzəbinə kəndinə köçürülən ailələr mənzil başına çatıblar.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, Ağdamda Dördyol adlanan ərazisindən Təzəbinə kəndinə yola salınan 17 ailə 72 nəfər kəndə çatıb.

Daha sonra mənzil başına çatan ailələrə mənzillərin açarları təqdim ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xocalı rayonunun Təzəbinə, Ballıca və Badara kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

13:27

xxx

Trend-in Qarabağ bürosunun xəbərinə görə, Ballıca kəndinə 13 ailə olmaqla 51 nəfər, Təzəbinə kəndinə 17 ailə olmaqla 72 nəfər, Badara kəndinə isə 17 ailə olnaqla 62 nəfər yola salınıb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti