...

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Mübariz Şahmurov dəfn olunub

Cəmiyyət Materials 28 Oktyabr 2025 14:22 (UTC +04:00)
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Mübariz Şahmurov dəfn olunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi Mübariz Ağahüseyn oğlu Şahmurov oktyabrın 28-də Bakının Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Trend xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə və Daxili İşlər nazirliklərinin əməkdaşları, Nərimanov, Nizami, Suraxanı Rayon İcra hakimiyyətlərinin nümayəndələri, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.

İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb. Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi M. Şahmurov 1963-cü il iyunun 12-də Sabirabad rayonunun Navdan kəndində anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı rayonu istiqamətində gedən döyüşlərdə itkin düşüb. M.Şahmurov Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan üç şəhiddən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti