...

Alimlər ürək-damar xəstəliklərindən ölüm riskini azaldan məşğuliyyəti müəyyən edib

Dünya xəbərləri Materials 28 Oktyabr 2025 17:17 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gündəlik bir uzun gəzinti sağlamlıq üçün faydalıdır və ürək-damar xəstəlikləri riskini azaldır.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, belə bir qənaətə Amerika Həkimlər Kollecinin tədqiqatçıları gəliblər.

Tədqiqat qrupunun üzvləri Britaniyanın “UK Biobank” bazasından 33 mindən çox insanın məlumatlarını təhlil ediblər. İşin nəticələri “Annals of Internal Medicine” jurnalında dərc olunub.

Gündə 8000 addımdan az atan iştirakçılar gəzinti müddətinə görə qruplaşdırılıb: qısa (5 dəqiqədən azı ) və uzun (15 dəqiqədən çox) sessiyalar.

Məlum olub ki, addımlarını daha uzun müddət ərzində yerinə yetirənlərdə, tez-tez qısa gəzintiləri üstün tutanlarla müqayisədə ürək-damar xəstəliklərindən ölüm riski 2-5 dəfə daha az olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti