Bakı. Trend:
Sudanın Əl-Faşir şəhərində Çevik Dəstək Qüvvələrinin (RSF) şəhərin idarəsini ələ keçirməsindən sonra etnik zəminli kütləvi qırğınların törədildiyi iddia olunur.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, sosial şəbəkələrin yerli seqmentlərində yayılan videolar, silahsız mülki şəxslərin güllələnməsini və yanmış nəqliyyat vasitələrinin yanında insan cəsədlərinin olduğunu göstərir.
Sudan ordusunun müttəfiqi olan Birgə Qüvvələr RSF-i 2,000-dən çox silahsız mülki şəxsi öldürməkdə ittiham edib.
Yel Universitetinin (ABŞ) Humanitar Tədqiqat Laboratoriyasının peyk və açıq mənbə monitorinqi bu iddiaları dəstəkləyir. Yale laboratoriyası şəhərdə Fur, Zağava və Berti icmalarına qarşı sistemli şəkildə etnik təmizləmə prosesi aparıldığını, o cümlədən qapı-qapı yoxlamaların həyata keçirildiyini bildirib.
