...

Ceyhun Bayramov Omanda Səfirlik binasının açılış mərasimində iştirak edəcək

Siyasət Materials 28 Oktyabr 2025 17:02 (UTC +04:00)
Ceyhun Bayramov Omanda Səfirlik binasının açılış mərasimində iştirak edəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

28 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfərə yola düşüb.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 29 oktyabr tarixində Oman Sultanlığının xarici işlər naziri Bədr ibn Həməd ibn Hammud Əl Busəidi və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi, habelə ölkəmizin Omandakı Səfirliyinin inzibati binasının rəsmi açılış mərasimində iştirakı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti