Bakı. Trend:
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Çelsi” (İngiltərə) oyununun biletləri 29 oktyabr, saat 15:00-dan etibarən satışa çıxarılacaq.
Trend xəbər verir ki, bu barədə “Qarabağ” klubunun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək, 5 noyabr 21:45-də başlayacaq.
Standart biletlərin qiyməti:
10, 15, 25, 35, 40, 50, 75 AZN
VIP sektorlar: 200, 250, 300 və 400 AZN
VVIP sektorlar: 1000 AZN
Qeyd edilib ki, biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
“Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlərimiz iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər. Saxta biletlərə aldanmayın.Stadiona giriş yalnız QR bilet ilə mümkün olacaq”, - deyə məlumatda vurğulanıb.
