Bakı. Trend:
Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.
Trend xəbər verir ki, Misli Premyer Liqasında çıxış edən “Turan Tovuz” II Liqa təmsilçisi “Dinamo” ilə qarşılaşıb. “Azərsun Arena”da təşkil olunan görüş Tovuz klubunun inamlı qələbəsi ilə başa çatıb – 5:0. Qolları İbrahima Vadji (2), Şəhriyar Əliyev, Ayxan Hüseynov və Murad Dadaşev vurublar.
“Turan Tovuz” 1/8 finalda “Şimal” – “Şahdağ Qusar” görüşünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl “Kəpəz”, “İmişli”, “Karvan-Yevlax”, “Şəfa” və “Baku Sportinq” klubları növbəti mərhələyə vəsiqə qazanıblar. II raundun oyunlarına oktyabrın 29-da yekun vurulacaq.