...

Britaniya hökuməti miqrantları hərbi baza və düşərgələrə köçürəcək

Dünya xəbərləri Materials 28 Oktyabr 2025 19:34 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniya hökuməti sığınacaq axtaranları hotellərdən çıxarıb, Şotlandiyanın İnverness şəhərindəki “Cameron Barracks” və İngiltərənin Şərqi Sasseks qraflığındakı “Crowborough” hərbi təlim düşərgələrinə yerləşdirməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, bu ərazilərdə ümumilikdə 900 nəfər sığınacaq axtaran şəxs qalacaq. Hazırda ölkə üzrə təxminən 32 min şəxs hotellərdə qalır.

Hökumət növbəti seçkilərə qədər hotellərdən istifadəni dayandırmaq və xərcləri azaltmaq istəyir.

Müdafiə naziri Lyuk Pollard bu bazaların lüks olmadığını, amma tələblərə cavab verdiyini bildirib. Lakin Milli Audit İdarəsi hərbi bazalarda yerləşdirmənin hotellərlə müqayisədə daha baha olacağını qeyd edib. Pollard xərclərin hələ qiymətləndirildiyini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti