Bakı. Trend:
“Gmail” istifadəçilərinə milyonlarla hesabın təhlükə altında olması ilə bağlı təcili xəbərdarlıq edilib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, hadisə bu ilin aprel ayında baş verib, lakin yaxın günlərdə məlumat sızmalarını izləyən “Have I Been Pwned” platforması tərəfindən qeydə alınıb. 183 milyona yaxın e-poçt hesabı və onlara aid parollar internetdə sızdırılıb.
Məlumat sızması kibercinayətkarlara yalnız e-poçt hesablarına deyil, həm də “Gmail” vasitəsilə qoşulmuş digər onlayn hesab və xidmətlərə daxil olmaq imkanı verə bilər.
