Bakı. Trend:
Çin Xalq Respublikasının hökuməti növbəti beş il ərzində ölkə iqtisadiyyatında istehlak xərclərinin payını artırmağı planlaşdırır.
Bu barədə Trend xarici KİV-ə istinadla xəbər verir.
Məlumatda qeyd olunur ki, hökumət ailələrin istehlak səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltmək niyyətindədir. Bunun üçün hökumət real iqtisadi sektorun dəstəklənməsi məqsədilə maliyyə xidmətlərini yaxşılaşdırmağı planlaşdırır
Bu məqsədlə Çin hökuməti gələcəkdə başlıca olaraq texnoloji innovasiyalar, istehlak, kiçik və mikrosahibkarlıq subyektləri, eləcə də xarici ticarət sahələrinə diqqəti artıracaq , eyni zamanda fiskal, pul-kredit və sənaye siyasətinin əlaqələndirilməsini gücləndirəcək.
