Bakı. Trend:
ABŞ raketləri Yaponiyaya çatdırılacaq.
Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
O, Yaponiyaya səfəri zamanı bu ölkənin Baş naziri Sanae Takaiti barədə bildirib ki, onunla danışıqlar aparmaq çətindir:
"Demək istədiyim budur ki, az əvvəl ilk raket partiyasını artıq təsdiqlədim. Bu, Yaponiyanın Özünümüdafiə Qüvvələrinə F-35 qırıcıları üçün göndəriləcək ilk raket tədarüküdür".
Tramp raketlərin dəqiq növünü və sayını açıqlamayıb.
