Bakı. Trend:
Tailandda pərakəndə mağazalar əhalinin geyim tələbatını ödəyə bilmir. Hazırda ölkədə qara rəngli geyimlərin defisiti yaşanmaqdadır.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, qara geyimlərə olan yüksək tələbat hazırkı Tailand kralı Maha Vaçiralongkornun anası, Kraliça Sirikitin vəfatı ilə əlaqədar elan edilmiş milli matəmdən sonra yaranıb.
Tailand hökuməti bundan əvvəl dövlət qulluqçuları üçün bir illik matəm elan edib, əhaliyə isə 90 günlük matəmə riayət etmələrini tövsiyə edib.
Qeyd edilir ki, bu qərar qara geyimlərin satışında kəskin artıma səbəb olub və bir çox mağazada artıq məhsullar tükənib.
