...

İraq özünü təbii qazla tam təmin etmək niyyətindədir - Bu tarixdən

Dünya xəbərləri Materials 28 Oktyabr 2025 17:37 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İraq 2028-ci ildə təbii qaz üzrə daxili tələbatı tam təmin etmək səviyyəsinə çatmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə İraq baş naziri Məhəmməd əs-Sudani bəyanat verib.

“Hökumət elektrik enerjisi və qazdan istifadə ilə bağlı məqsədlərə çatmaq, həmçinin yüksək oktanlı benzinin istehsalında tam təminatı gerçəkləşdirmək üçün konkret qrafik hazırlayıb”, - deyə əs-Sudani bildirib.

O vurğulayıb ki, hakimiyyət qaz istehsalında özünütəminat səviyyəsinə çatmaq istiqamətində işləri davam etdirir.

“2028-ci il hökumət tərəfindən bu məqsədə çatmaq üçün müəyyən edilmiş müddət kimi təyin olunub”,- İraq Baş Naziri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti