...

Məşhur incəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq (VİDEO)

Siyasət Materials 28 Oktyabr 2025 16:50 (UTC +04:00)
Məşhur incəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu mövsümün ən yaddaqalan incəsənət hadisələrindən biri – Art Weekend bu cümə günü məşhur kolumbiyalı rəssam-heykəltaraş Fernando Boteronun “Bədii formanın təntənəsi” (“The Triumph of Form”) sərgisinin açılışı ilə rəsmən start götürəcək.

Trend xəbər verir ki, “Boterismo” üslubunu yaratmış, ən populyar rəssamlardan biri Fernando Boteronun bir sıra məşhur əsərləri ilk dəfə Bakıda sərgilənəcək.

Hazırda sərginin eksponatları Heydər Əliyev Mərkəzində quraşdırılır.

Sərginin kuratoru olan Fernando Boteronun qızı Lina Botero Azərbaycanda olmaqdan məmnunluğunu bildirib və sərginin açılışını xüsusi hadisə kimi dəyərləndirib. O, Bakıya Fernando Botero Fonduna məxsus mühüm əsərlərin gətirildiyini də qeyd edib. “Bu, bizim üçün böyük sevinc və şərəfdir. Bu dəvətə və atam Fernando Boteronun əsərlərini ilk dəfə Azərbaycan tamaşaçılarına təqdim etmək imkanına görə çox həyəcanlıyıq”, deyən Lina Botero sərginin əhəmiyyətini vurğulayıb. Bildirib ki, sərgi Botero sənətinin universallığını, əsərlərinin dünyanın hər yerində insanlar tərəfindən sevildiyini və dəyərləndirildiyini nümayiş etdirir.

Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində dünyanın tanınmış kurator, rəssam və incəsənət tənqidçilərinin iştirakı ilə yaddaqalan sərginin açılışı baş tutacaq.

Xəbər lenti

Xəbər lenti