Bakı. Trend:
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub.
Cəbrayılda “Şəms” və “Üfüq” adlı iki Günəş Elektrik
Stansiyasının (GES) təməlqoyma mərasimi, Azərbaycanın enerji
sektorunda yeni mərhələnin başlanğıcı hesab edilə bilər. Hər iki
stansiyanın ümumi gücü 100 meqavat olmaqla, ölkənin “yaşıl enerji”
strategiyasına uyğun şəkildə formalaşdırılmışdır. Bu layihələr
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının post-münaqişə
dövründə bərpası və inkişafı prosesinin bir hissəsidir.
Azərbaycanın enerji istehsalında şaxələndirmə siyasətini
gücləndirir. 2030-cu ilə qədər ümumi enerji istehsalında
bərpaolunan mənbələrin payını 30%-ə çatdırmaq məqsədinə xidmət
edir.
Layihə üzrə açıqlanan göstəricilər kifayət iqtisadi baxımdan
səmərəlidir. Stansiyalarda istehsal ediləcək elektrik enerjisinin
75 milyon kilovat-saatı “AzərEnerji” ASC-yə, 131 milyon
kilovat-saatı isə “elektrik enerjisinin virtual ötürülməsi”
prinsipi əsasında iri istehlakçılarla birbaşa bağlanan alqı-satqı
müqavilələri üzrə satılacaq. Bu rəqəmlər göstərir ki, layihə təkcə
enerji təminatı baxımından deyil, həm də ekoloji sabitlik və iqlim
siyasəti baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Hər iki
stansiyanın tam istismara verilməsi ilə ölkə ildə yüz minlərlə ton
karbon emissiyasının qarşısını ala biləcək.
Layihənin həyata keçirilməsi dövlət-özəl tərəfdaşlığı prinsipi
əsasında aparılır. Layihənin həyata keçirilməsi dövlət-özəl
tərəfdaşlığı prinsipi əsasında aparılır. Layihə bölgədə yaşıl
iqtisadiyyatın inkişafına, müasir iş yerlərinin yaradılmasına,
enerji infrastrukturunun yenilənməsinə, həm də post-müharibə
dövründə əhalinin geri dönüşü üçün infrastruktur təminatına şərait
yaradacaq. Ətraf mühit baxımından isə, hər il 44 milyon kubmetr
təbii qaza qənaət və 96 min ton emissiyanın azalması, Azərbaycanın
iqlim dəyişikliyinə qarşı qlobal öhdəliklərinə (COP29 və Paris
Sazişi çərçivəsində) uyğun gəlir.
Bu stansiyalar regionda enerji müstəqilliyini gücləndirəcək,
gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə enerji ixrac potensialını
artıracaq, həmçinin regional enerji təhlükəsizliyinə töhfə verəcək.
Cəbrayılın strateji mövqeyi həm Zəngilan və Füzuli ilə sərhəddə
yerləşməsi, həm də nəqliyyat-logistika baxımından əhəmiyyəti — bu
zonanı yaşıl enerji klasterinin mərkəzinə çevirir.
2027-ci ildə istismara verilməsi planlaşdırılan bu stansiyalar
Azərbaycan üçün enerji ixracında bərpaolunan mənbələrin payının
artması, regionların dayanıqlı inkişafı, və “yaşıl iqtisadiyyat”
brendinin möhkəmlənməsi baxımından dönüş nöqtəsi olacaq. Eyni
zamanda, bu layihələr "Zəngəzur koridoru”nun enerji sütununu təşkil
edəcək və gələcəkdə Qarabağ və Naxçıvan arasında enerji
inteqrasiyasına zəmin yaradacaq.
Nəticə olaraq Cəbrayılda “Şəms” və “Üfüq” Günəş Elektrik
Stansiyalarının təməlqoyma mərasimi Azərbaycanın enerji siyasətinin
gələcəyə yönəlmiş vizyonunun göstəricisidir. Bu dövlətin iqtisadi,
ekoloji və sosial maraqlarını birləşdirən kompleks layihədir və
Şərqi Zəngəzurun “yaşıl enerji mərkəzi” kimi formalaşmasında əsas
mərhələdir. Bu, həm milli, həm də qlobal miqyasda Azərbaycanın
“yaşıl enerji lideri” kimi mövqeyini gücləndirəcək.
