...

Gələn il səyahət etmək üçün 25 unikal məkanın siyahısı məlum olub

Maraqlı Materials 28 Oktyabr 2025 20:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nüfuzlu səyahət bələdçisi “Lonely Planet” gələn il ziyarət ediləcək 25 unikal məkanın siyahısını ehtiva edən “Səyahət üçün ən yaxşılar - 2026” kitabını nəşr edib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, kitabda yeni “Lonely Planet Journeys” səyahət planlaşdırma xidmətindən istifadə edilərək yaradılan unikal marşrutlar toplusu da yer alır.

San-Paulodakı Liberdade məhəlləsi siyahıda birinci yeri tutub. Braziliyada Yaponiyadan kənarda yerləşən ən böyük yapon icması var. Həmçinin bu məhəllə Tokiodan kənarda ən yaxşı ramenlərdən bəzilərinə sahib olması ilə də tanınır.

Növbəti populyar məkan Meksikanın Mexiko şəhəridir. Bugenvillea ilə örtülmüş Coyoacán, La Roma və La Condesa məhəllələri bu il “Lonely Planet”dən yüksək qiymət alıb.

Səyahət istiqamətləri siyahısına Şimali Dakota və Men ştatındakı (ABŞ) Teodor Ruzvelt Milli Parkı da daxildir.

İrlandiyanın Tipperari şəhəri əsl gizli xəzinədir. Tipperari həqiqətən də ən gözəl və tayı-bərabəri olmayan avtomobil yollarından birinə malikdir.

Asiyada Phuket adası ən çox romantik ab-havası ilə tanınır. Bu Tailand kurortunun çimərlikləri, cəngəllikləri və sərin sahil həyat tərzi səyahətçiləri valeh edir.

Siyahıya Botsvana, Peru, Cənubi Koreya, Avstraliya, İspaniya, İtaliya, Tunis, Karib dənizi, Solomon adaları, Qvatemala, Şri-Lanka, Tacikistan və Özbəkistanın görməli yerləri də daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti