...

Ekvador prezidenti narkotik qaçaqmalçılığına qarşı xarici bazaların yerləşdirilməsini dəstəkləyib

Dünya xəbərləri Materials 28 Oktyabr 2025 22:55 (UTC +04:00)

Bakı. Trend:

Ekvador prezidenti Daniel Noboa ölkə sahillərində qanunsuz balıqçılıq, narkotik qaçaqmalçılığı və qanunsuz yanacaq daşınması ilə mübarizə aparmaq üçün Baltra adasında (Qalapaqos adaları) və Salinasda (ölkənin qərbindəki Santa Yelena əyaləti) xarici bazaların yaradılmasının lehinə çıxış edib.

Trend-in məlumatına görə, bu barədə Ekvador prezidenti ölkənin "Radio Centro" radiostansiyasına verdiyi müsahibədə deyib.

O bildirib ki, bu, heç bir şəkildə milli suverenliyə xələl gətirməyəcək.

"Söhbət nə hərbi bazadan, nə də suverenliyimizi kiməsə verməyimizdən getmir. Üstəlik, müqaviləyə əsasən, onların işi Ekvador qanunları ilə tənzimlənəcək və bu məsələ ilə bağlı son qərar Ekvador hökumətinə məxsusdur", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti