Bakı. Trend:
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.
Trend xəbər verir ki, paylaşımda deyilir:
"Əziz Qardaşım,
Qardaş Türkiyə Respublikasının milli bayramı – Respublika Günü
münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən
səmimi və xoş arzularımı çatdırıram".
