...

Netanyahu Qəzzaya dərhal güclü zərbələr endirməyi əmr edib

Dünya xəbərləri Materials 28 Oktyabr 2025 21:16 (UTC +04:00)
Netanyahu Qəzzaya dərhal güclü zərbələr endirməyi əmr edib

Bakı. Trend:

İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağına genişmiqyaslı zərbə endirilməsi barədə əmr verib.

Trend-in məlumatına görə, bu barədə İsrail Baş nazirinin mətbuat xidməti bildirib.

"Təhlükəsizlik məsələri üzrə məsləhətləşmələrin başa çatmasından sonra Baş nazir hərbi rəhbərliyə dərhal Qəzza zolağına güclü zərbələr endirməyi əmr edib", - deyə bildirilib.

İsrail televiziyasının 12-ci kanalının məlumatına əsasən, Baş nazir bu qərarı təhlükəsizlik qüvvələri ilə görüş zamanı HƏMAS hərəkatının silahlılarının Qəzza zolağının cənubundakı Rəfah bölgəsində İsrail əsgərlərinə atəş açaraq atəşkəsi pozduqdan sonra verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti