...

ABŞ bu tarixdən əczaçılıq mallarına gömrük rüsumu tətbiq edəcək

Dünya xəbərləri Materials 16 İyul 2025 16:10 (UTC +04:00)
ABŞ bu tarixdən əczaçılıq mallarına gömrük rüsumu tətbiq edəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları əczaçılıq məhsulları üçün gömrük rüsumları tətbiq edəcək və bunun cari ayın sonunda baş verəcəyi ehtimal olunur.

Trend “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyanatla çıxış edib.

“Biz rüsumları tətbiq edəcəyik, çox güman ki, ayın sonunda”, – deyə onun sözlərini "Bloomberg" agentliyi sitat gətirib.

Ağ Evin rəhbəri qeyd edib ki, Vaşinqton əvvəlcə aşağı dərəcəli rüsumlarla başlayacaq və əczaçılıq şirkətlərinə istehsalı ABŞ-yə köçürmək üçün “təxminən bir il” vaxt verəcək, daha sonra isə rüsumun həcmini “çox yüksək” səviyyəyə çatdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti