...

Azərbaycan qaz idxalını 30%-dən çox azaldıb

İqtisadiyyat Materials 16 İyul 2025 12:21 (UTC +04:00)
Azərbaycan qaz idxalını 30%-dən çox azaldıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 195,6 milyon kubmetr qaz halında təbii qaz idxal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu miqdarda qaz idxalına çəkilən xərcin dəyəri 30,1 milyon ABŞ dolları olub.

Təbii qazın idxalı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 99,2 milyon kubmetr və ya 33,6%, dəyər ifadəsi ilə isə 14,1 milyon ABŞ dolları, yaxud da 31,9% azalıb. Ötən ilin yanvar-may aylarında ölkəyə idxal olunan təbii qazın həcmi 294,8 min kubmetr, dəyəri isə 44,2 milyon ABŞ dolları olub.

Hesabat dövründə Azərbaycandan xarici ölkələrə 10,271 milyard kubmetr həcmində, 3,833 milyard ABŞ dolları dəyərində təbii qaz ixrac edilib ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 358 milyon kubmetr (3,6%) və 382 milyon ABŞ dolları (11,1%) çoxdur. 2024-cü ilin yanvar-may aylarında Azərbaycandan xarici ölkələrə 9,913 milyard kubmetr həcmində, 3,451 milyard ABŞ dolları dəyərində təbii qaz ixrac edilmişdi.

Hesabat dövründə Azərbaycana Rusiya və Türkmənistandan təbii qaz idxal edilib, Gürcüstan, Serbiya, Türkiyə, Bolqarıstan, İtaliya və Yunanıstana ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti