Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycandan Rusiyaya təqribən 53 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 2,4 milyon ABŞ dolları olub.
Rusiyaya elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə, həcm ifadəsi ilə 8,2 milyon kVt/saat və ya 18,2%, dəyər ifadəsi ilə 830,9 min ABŞ dolları, yaxud 52,7% artıb.
Eyni zamanda, 2025-ci ilin ilk beş ayı ərzində Rusiyadan Azərbaycana 1,1 milyon ABŞ dolları dəyərində, 34,5 milyon kVt/saat həcmində elektrik enerjisi satılıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə, dəyər ifadəsində 41,9 min ABŞ dolları və ya 3,8% çox, həcm ifadəsində isə 4,4 milyon kVt/saat və ya 11,2% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycandan ümumilikdə beş ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 37,4 milyon ABŞ dolları dəyərində, 658,1 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Həmçinin, hesabat dövründə Rusiya, Gürcüstan və İrandan Azərbaycana 2 milyon ABŞ dolları dəyərində 55,1 milyon kVt/saat elektrik enerjisi idxal olunub.