...

Paşinyan Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü barədə danışıb

Dünya xəbərləri Materials 16 İyul 2025 14:50 (UTC +04:00)
Paşinyan Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü barədə danışıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Avropa İttifaqına üzv olmaq istəyir.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında çıxış edib.

“Bizim avropalı həmkarlarımız belə bir sual qoyurlar: Ermənistanda ölkənin Avropa İttifaqına üzvlük prosesinin başlanılması haqda qanunun qəbulu Ermənistanın Avropa İttifaqına üzv olmaq istəməsi anlamına gəlirmi? Cavab: bəlidir. Ermənistan Aİ-ə üzv olmaq istəyir”, - deyə o bildirib.

Paşinyan qeyd edib ki, görüşlər və müzakirələr zamanı Ermənistan və Avropa İttifaqı tərəfləri bunun “asan proses olmadığını” hesab ediblər.

“Avropa İttifaqının bütün üzvləri razı olmalıdır, həmçinin ölkə Aİ standartlarına cavab verməlidir”, – deyə baş nazir fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti