...

İKTA-da internet telekommunikasiya xidməti göstərən operator və provayderlərlə növbəti görüş keçirilib

İqtisadiyyat Materials 16 İyul 2025 12:41 (UTC +04:00)
İKTA-da internet telekommunikasiya xidməti göstərən operator və provayderlərlə növbəti görüş keçirilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

İKTA-da internet telekommunikasiya xidməti göstərən operator və provayderlərlə növbəti görüş keçirilib.

Trend xəbər verir ki, Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərlə növbəti görüş baş tutub.

Xatırladaq ki, bu istiqamətdə ilk görüş cari ilin 22 may tarixində keçirilib. Həmin görüşdə internetin sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması, şəbəkələrin texnoloji yenilənməsi və ümumilikdə sektoral inkişafla bağlı qarşıya qoyulmuş hədəflər müzakirə edilib. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndən irəli gələn prioritetlər diqqətə çatdırılıb. Toplantının nəticəsi olaraq bu tipli görüşlərin, seminarların və təlimlərin mütəmadi keçirilməsi qərara alınıb.

Budəfəki görüşün məqsədi isə ötən müddət ərzində operator və provayderlərin qarşıya qoyulmuş hədəflərə çatmaq üçün gördükləri hazırlıq işlərinin vəziyyəti, çətinlikləri və cari texnoloji vəziyyətin müzakirəsi olub.

Görüş zamanı çıxış edən İKTA nümayəndələri internetin sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmasının vacibliyini vurğulayıb, “Ookla Global Index” üzrə beynəlxalq mövqelər və müvafiq statistika ilə bağlı təqdimat ediblər. Həmçinin şəbəkələrin modernləşdirilməsi, “Ethernet” bağlantısı (ETTH – Ethernet to the Home) və simsiz texnologiyaların yeni nəsil texnologiyalarla əvəzlənməsinin zəruriliyi diqqətə çatdırılıb.

İKTA nümayəndələri bildiriblər ki, yeni tikilən binalarda, xüsusilə də ETTH tətbiq edilən layihələrdə bəzi tikinti şirkətləri blok daxilində mənzillərə yalnız 4 lifli “Ethernet” kabelləri çəkirlər. Bu isə provayderlər üçün texniki məhdudiyyətlər yaradır və 100 Mbit/s üzərində sürətin təmin olunmasına imkan vermir. Məlum olduğu kimi, daha yüksək sürətlər (məsələn, 300, 500 və ya 1000 Mbit/s) üçün ən azı 8 lifli “Ethernet” kabellərin istifadəsi tələb olunur.

Bu səbəbdən İKTA həm provayderlərə, həm də vətəndaşlara müraciət edərək mənzillərə çəkilən “Ethernet” kabellərinin texniki uyğunluğuna xüsusi diqqət yetirməyə çağırıb. İstehlakçının yüksəksürətli internet xidmətlərindən faydalana bilməsi üçün şəbəkənin fiziki infrastrukturu ilkin şərtdir.

Sonda operator və provayder nümayəndələrinin rəy və təklifləri dinlənilib, onların ünvanladıqları suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti