...

Türkiyədə İmamoğluya hökm oxunub

Dünya xəbərləri Materials 16 İyul 2025 15:13 (UTC +04:00)
Türkiyədə İmamoğluya hökm oxunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə İstanbul məhkəməsi həbsdə olan İstanbul şəhər meri Əkrəm İmamoğlu barəsində yerli prokurorun təhqir olunması işi üzrə hökm çıxarıb.

Bu barədə Trend Türkiyə KİV-ə istinadən xəbər verir.

İmamoğlunun 1 il 8 ay azadlıqdan məhrum etmə cəzası aldığı bildirilir.

Məlumata görə,müdafiə tərəfi məhkəmənin çıxardığı qərardan apelyasiya şikayəti vermək niyyətindədir.

İmamoğlu ilə bağlı məhkəmə iclasları İstanbulun Silivri həbsxanasında keçirilir. O, mart ayında korrupsiya ittihamı ilə həbs olunduqdan sonra orada saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti