...

ABŞ dövlət departamenti Rusiya və Ukrayna üzrə mütəxəssisləri ixtisar edir

Dünya xəbərləri Materials 16 İyul 2025 10:54 (UTC +04:00)
ABŞ dövlət departamenti Rusiya və Ukrayna üzrə mütəxəssisləri ixtisar edir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ dövlət departmanetində aparılan ixtisarlara Rusiya və Ukrayna məsələləri üzrə aparıcı mütəxəssislər də düşüb.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri öz mənbələrinə istinadən məlumat yayıb.

Bir neçə amerikalı məmurun bildirdiyinə görə, ötən həftə Dövlət departamentindən qovulmuş təxminən 1350 əməkdaşın arasında, kəşfiyyat bürosunun baş analitikləri, o cümlədən Rusiya və Ukrayna üzrə mütəxəssislər də yer alıb.

Məumata görə, bu ixtisarlar Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı Vaşinqtonun səyləri fonunda Tramp administrasiyasına faydalı ola biləcək dəyərli təcrübənin itirilməsinə səbəb ola bilər.

“Məsələ yalnız iş yerlərində deyil, ən münasib olmayan anda həyati əhəmiyyətli imkanların zəiflədilməsidir”, - adıaçıqlanmayan həmsöhbət ixtisarlarla bağlı şərh verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti