...

Bu ölkədə COVİD-19-a yoluxma halları artıb

Dünya xəbərləri Materials 17 İyul 2025 14:30 (UTC +04:00)
Bu ölkədə COVİD-19-a yoluxma halları artıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Omikron” variantının yeni ştammları Portuqaliyada Covid-19 yoluxmalarının artmasına səbəb olub.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Həkimlər xəbərdarlıq edirlər ki, yanaşı xəstəlikləri olan şəxslərdə və ya əvvəllər heç vaxt yoluxmamış insanlarda ağır simptomlar inkişaf edə bilər.

Portuqaliyanın Səhiyyə üzrə Baş İdarəsi (DGS) Omikron variantının üç yeni ştammının dövriyyəsi ilə əlaqədar olaraq Covid-19 virusuna yeni yoluxma hallarının artdığını bildirib.

“Bu artım Portuqaliyada, eləcə də Avropanın digər yerlərində, o cümlədən “NB.1.8.1.”, “LP.8.1.” və XFG kimi Omikron variantının yeni ştammlarının aşkar edilməsi ilə üst-üstə düşür”, – DGS qeyd edib və əlavə edib ki, yoluxma hallarındakı artım mayın 5-dən bəri müşahidə olunur.

Qurum, ötən qış virusun az dövr etməsi səbəbindən əhali arasında immunitetin “qismən zəiflədiyini” nəzərə çatdıraraq bildirib ki, bu, yaxın həftələrdə Covid-19 səbəbindən xəstəxanaya yerləşdirmələrin artmasına gətirib çıxara bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti