Bakı. Trend:
2025-ci ilin iyun ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 166 min nəfərdən çox olub.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, onların 34,84%-ni kişilər, 65,16%-ni isə qadınlar təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin iyun ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 152 min nəfərdən çox olub. Onların 30,29%-ni kişilər, 69,71%-ni isə qadınlar təşkil edir.