Bakı. Trend:
İrəvanda rusiyalı biznesmen Samvel Karapetyanın şirkətlər qrupuna aid “Taşir Pizza” pizza restoranları şəbəkəsinin direktoru Vaqinak Kazaryan saxlanılıb. Onun barəsində 1 ay həbs qətimkan tədbiri seçilib.
Bu barədə Trend Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən, onun həbsi “Taşir” şirkətlər qrupunun təsisçisi Samvel Karapetyanın işi ilə əlaqəli olub.
Qeyd edək ki, erməni əsilli rusiyalı milyarder, “Taşir" şirkətlər qrupunun prezidenti Samvel Karapetyan iyunun 18-də gecə saatlarında İrəvanda saxlanılmışdı. O, iqtidarla kilsə arasında yaşanan gərginlik fonunda Apostol Kilsəsinə açıq dəstəyinə görə Paşinyanın narazılığına səbəb olmuşdu.