...

Tibb fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası qaydası hazırlanacaq

Cəmiyyət Materials 11 İyul 2025 11:55 (UTC +04:00)
Tibb fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası qaydası hazırlanacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası qaydası hazırlanacaq.

Trend xəbər, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası qaydasını, o cümlədən sınaq imtahanında iştirak haqqının məbləğini və davamlı peşəkar inkişaf üzrə minimum kreditin həcmini iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Xəbər lenti

Xəbər lenti