...

Şirvanda narkokuryerlik edən şəxs saxlanılıb (VİDEO)

Hadisə Materials 11 İyul 2025 10:08 (UTC +04:00)
Şirvanda narkokuryerlik edən şəxs saxlanılıb (VİDEO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkokuryerliyə cəlb edilən şəhər sakini Natiq Xankişiyev saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, ondan 7 kiloqrama yaxın həşiş, metamfetamin və marixuana, eləcə də, 400 ədəd narkotik tərkibli həb aşkarlanıb.

N.Xankişiyev sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan əcnəbi narkotacir tərəfindən kuryerliyə cəlb olunduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti